Sağlamlıq

Həmin hissəni kəsib atmaq da işə yaramır - Belə çörəkləri yeməyin - VİDEO

20 Dekabr 2025 11:05
Baxış: 432
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ən çox yeyilən qidalardan biri çörək olsa da, ən tez xarab olan da məhz odur.

Milli.Az xəbər verir ki, bir neçə gün qalan çörəklər kifləməyə başlayır. Çoxları həmin kiflənmiş hissəni kəsib, çörəyin qalan hissəsini yeyir. Halbuki, bu sağlamlıq baxımından tövsiyyə edilmir.

Mütəxəssislər kiflənmiş çörəyin istehlakının sağlamlıq üçün ciddi risklər yaratdığını xəbər verir. Çörəyin üzərində görünən kif yalnız səthlə məhdudlaşmayıb, həmçinin görünməyən zəhərli maddələr və mikroorqanizmlər çörəyin dərinliyinə də yayıla bilər.

Xüsusilə yumşaq çörəklərdə kifin kökləri bütün çörəyə yayılaraq orqanizm üçün zərərli toksinlər əmələ gətirə bilər. Bu toksinlər mədə-bağırsaq problemlərinə, allergik reaksiyalara və bəzi hallarda ciddi zəhərlənmələrə səbəb ola bilər.

Belə hallarda kifli çörəyin bütövlükdə atılmasını tövsiyə edilir. Bərk çörəklərdə yalnız səthdəki kif çıxarılsa da, risk tamamilə aradan qalxmır. Uşaqlar, yaşlılar və immuniteti zəif şəxslər üçün kifli məhsulların istifadəsi xüsusilə təhlükəlidir.

Qeyd edək ki, çörəyi rütubətli şəraitdə saxlamaq daha tez kiflənməsinə səbəb olur.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.