Avtobuslarda ödənişlə bağlı YENİLİK - Mümkün oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir. Layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttində (metronun "20 Yanvar" stansiyası - Sumqayıt şəhəri) tətbiq edilib.
Milli.Az xəbər verir ki, pilot layihə 1-3 gün müddətində sınaqdan keçiriləcək. Nəticələr təhlil edilməklə sistemin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Bununla da Bakıdakı bütün marşrut avtobuslarında NFC ödəniş sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" tam şəkildə tətbiq olunacaq.
Yeni sistem sərnişinlərə əlavə üstünlüklər də təqdim edir. Artıq nağd pul və ya fiziki BakıKart daşınmasına ehtiyac qalmır - telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq kifayətdir - ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.
Sərnişinlər avtobuslarda ödəniş etdikdə, yalnız NFC dəstəkli bank kartları, həmçinin smartfon və "BakıKart"dan istifadə etməlidirlər.
Məlumat üçün bildirək ki, MasterCard və Visa kartları ilə ödəniş sistemi ölkə ərazisində bir sıra şəhərlərdə, o cümlədən Gəncə və Şamaxıda artıq tətbiq olunur.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda yeni ombudsman seçiləcək
-
Acun keçmiş arvadı ilə bir arada - (Fotolar)
-
Azərbaycanda bu şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
-
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
-
Xəstəxanaya yerləşdirilən Kompani ilə bağlı xəbər var
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Yenilənib/Foto)
-
Şəmkirdə maşın dərəyə aşdı
-
ABŞ-yə qaçan Bolsonaro özünü ölkənin lideri elan etdi
-
Azərbaycan nefti kəskin bahalaşdı
-
“Tramp boğazı” - ABŞ Prezidenti bu dəfə nəyi dəyişmək istəyir?
-
Si Cinpinin növbəti hədəfi kimdir? - Çində hakimiyyət böhranı
-
Bakının iki rayonunda qaz kəsiləcək
-
“Liverpul” “Çelsi”dən üstün oldu
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib (Foto)
-
Peyvənddən sonra niyə qızdırmamız qalxır? - Araşdırma
-
Minlərlə soyuducunu dağın yamacına tulladılar - (Foto)
-
4 bürc çətinliyi geridə qoyacaq
-
Səhər yeməyi ilə 10 kilo alan həkim vərdişini dəyişdi və arıqladı
-
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)
-
Dünyaya ata olmaq üçün gələn 3 bürc
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?





