Azərbaycanda oynayan iki legioner futbolçu deportasiya olunub.
Milli.Az Prosport.az-a istinadən xəbər verir ki, bunlar I Liqa klubunda çıxış edən afrikaəsilli Fransa vətəndaşlığı olan əcnəbi futbolçulardır.
Belə ki, bunlar "Cəbrayıl"da çıxış edən 20 yaşlı seneqaləsilli qapıçı Matiss Morvill və 22 yaşlı sol cinah vingeri Noa Lobedir. Hər iki futbolçu sentyabrın 1-də komanda ilə müqavilə bağlamışdı.
Onlar Dövlət Miqrasiya Xidməti tərəfindən deportasiya olunublar. Buna səbəb isə futbolçuların yaşadığı müvəqqəti ünvanla bağlı problemin mövcudluğudur.
"Şahdağ Qusar"ın ötən ay transfer etdiyi 18 yaşlı qanalı Kvaku Adcey də deportasiya oluna bilərmiş. Lakin ona görə klub tərəfindən cərimə ödənilib və futbolçunun deportasiya olunmasının qarşısı alınıb.
Qeyd edək ki, "Cəbrayıl" bu gün çempionatın lideri "Şəfa"nı Şamaxıda qəbul edəcək.
Milli.Az





