Məşhur türkiyəli müğənni İrem Derici yaşadığı qəza səbəbilə xəstəxanaya yerləşdirilib. Başına 10 tikiş atılan sənətçi, avqustun 29-da Çeşmədə, 30-da isə Kiprdə planlaşdırılan konsertlərini ləğv edib.
Mənzilinin girişindəki pilləkənlərdən yıxılan Derici başını vuraraq huşunu itirib. Xəstəxanaya aparılan sənətçinin başına 10 tikiş qoyulub.
Qəza nəticəsində üzündə göyərmələr yarandığını bildirən İrem Derici, həkimlərin verdiyi rəyə əsasən iki konsertini icra edə bilməyəcəyini pərəstişkarlarına elan edib.
Xatırladaq ki, bu ilin yanvar ayında Adanada verdiyi konsert zamanı da yıxılaraq başından xəsarət alan müğənni, həmin qəzanın səbəbini yuxugəzərliklə əlaqələndirmişdi.
Lalə Qüdrətova
Milli.Az