İqtisadiyyat

17 milyondan 500 minə: Məşhur şirkət nizamnamə kapitalını yenə azaltdı

13 Yanvar 2026 11:25
Baxış: 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda lüks avtomobillərin satışı ilə məşğul olan "Avtolüks Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi dəyişib.

Milli.Az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.

Belə ki, Azər Vaqif oğlu Cəlilov "Avtolüks Azərbaycan"a yeni qanuni təmsilçi təyin olunub. O, bu vəzifədə Vasif Bairamovu əvəzləyib.

Eyni zamanda bugünlərdə şirkət yenidən nizamnamə kapitalının kəskin azaldıldığını elan edib.

"Avtolüks Azərbaycan" bu dəfə nizamnamə kapitalını 17 milyon manatdan yarım milyon manata endirir.

Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini şirkətin hüquqi ünvanına bildirə bilərlər.

Xatırladaq ki, şirkət daha əvvəl nizamnamə kapitalını ötən ilin sentyabrında 37,4 milyon manatdan 17 milyon manata endirmişdi.

Qeyd edək ki, İtaliya, ABŞ və Birləşmiş Krallığın məşhur avtomobil brendlərinin Azərbaycanda eksklüziv təmsilçisi "Avtolüks Azərbaycan" şirkəti 2012-ci ildə dövlət qeydiyyatına alınıb. "Avtolüks Azərbaycan" 2012-ci ildən Azərbaycanda Lamborghini, Ferrari və Aston Martin kimi lüks avtomobillərin satışını həyata keçirir. Şirkət həmçinin, Abarth, Alfa Romeo, Crysler, Dodge, Fiat, Fiat Professional, Jaguar Land Rover və Jeep kimi brendlərin Azərbaycanda rəsmi təmsilçisidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.