Dünya

Ermənistan Rusiya sərhədçilərini ölkədən çıxarır

13 Yanvar 2026 11:16
Baxış: 482
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan hakimiyyəti Rusiya sərhədçilərini Türkiyə sərhədindəki Axurik keçid məntəqəsindən çıxarmağa hazırlaşır.

Milli.Az xəbər verir ki, bu barədə "news.am" saytı bildirib ki , Axurik keçid məntəqəsinin təhvil verilməsi barədə qərar artıq verilib və hətta bayraq dirəyi də qoyulub. Bununla yanaşı, Rusiya sərhədçiləri zastavanın özündə qalacaqlar.

Hazırda Türkiyəyə aparan dəmir yolu xəttinin vəziyyəti qiymətləndirilir.

Qeyd etmək lazımdır ki, digər mənbələrə görə, Türkiyə tərəfi artıq Marqara keçid məntəqəsinin yaxınlığında tikinti işlərinə başlayıb. Buna görə də, bir tərəfdən Türkiyə tərəfində tikinti işlərinin başlanması, digər tərəfdən isə Axurikdən istifadənin gözlənilməsi yaxın gələcəkdə sərhədi açmaq üçün ciddi niyyətlərdən xəbər verir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.