Maraqlı

Yeni ailə quranlara 19 min manat veriləcək

13 Yanvar 2026 10:00
Baxış: 1 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə ailə qurmağa hazırlaşan ehtiyaclı gənclər üçün yeni maddi dəstək proqramı həyata keçiriləcək.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu barədə Diyanət İşləri İdarəsi açıqlama verib. Qurumun məlumatında bildirilib ki, maliyyə yardımından yararlanmaq istəyən 18-35 yaş aralığında olan gənclər müvafiq dövlət orqanına müraciət etməlidirlər.

Qaydalarına əsasən, dəstək alacaq şəxslərin aylıq gəliri minimum əməkhaqqı səviyyəsindən yüksək olmamalıdır. Şərtlərə uyğun gələn gənclərə veriləcək yardımın məbləği 500 min lirə təşkil edir ki, bu da təxminən 19 min manata bərabərdir.

Qeyd edək ki, bu təşəbbüs gənclərin ailə qurmasını asanlaşdırmaq və sosial rifahını yaxşılaşdırmaq məqsədi daşıyır.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.