Hadisə

Gömrükdən kələm adı ilə keçirirdilər - İçindən narkotik çıxdı - FOTO

13 Yanvar 2026 11:54
Baxış: 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölkəmizdən tranzit keçməklə İrandan Gürcüstana "kələm" yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib və xidməti it qoşqudakı 13 kisəyə reaksiya verib.

Əsaslı yoxlama zamanı həmin kisələrdə fiziki görünüşcə "kələm" formasına salınaraq gömrük nəzarətindən gizlədilmiş, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 19 kiloqram 475 qram narkotik vasitə - marixuana aşkar edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.