Həmin dini kitabların yayılmasının qarşısı alındı - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu il ölkəyə gətirilən və ölkədə nəşr olunan neçə adda dini ədəbiyyat yoxlanılıb və neçə adda kitabın yayılmasının qarşısı alınıb?
Mövzu ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, ölkə ərazisində istehsal olunan, eləcə də idxal və ixrac edilən dini təyinatlı ədəbiyyatın kağız və elektron daşıyıcılarında, audio və video materialların, dini məzmunlu mal və məmulatların, habelə bu istiqamətdə olan digər məlumat materiallarının dinşünaslıq ekspertizasını həyata keçirir.
"Bununla yanaşı, Komitə dini təyinatlı ədəbiyyatın və digər dini məzmunlu materialların qanunvericiliyin tələblərinə uyğun şəkildə nəzarət markası verilməsini təmin edir.
Dövlət Komitəsində ekspertizası keçirilən dini məzmunlu bütün materiallarla bağlı müraciətlər müxtəlif istiqamətlərdən daxil olur. Bunlar hüquqi və fiziki şəxslərin xaricdən şəxsi istifadə, satış və yayılması məqsədilə dini məzmunlu materialların idxalına müvafiq razılığı verilməsi ilə bağlı müraciətlər, ölkə nəşriyyat və mətbəələrinin sifariş əsasında nəşr etmək istədikləri dini ədəbiyyatlar, dini ədəbiyyatların ixracı ilə bağlı olan müraciətlərdir.
Bildiririk ki, Dövlət Komitəsində dinşünaslıq ekspertizasına təqdim edilmiş hər bir kitab barədə rəy hazırlanır. Rəy əsasən iki hissədən - tədqiqi hissə və nəticədən ibarət olur. Dini ədəbiyyatın çapı və ya idxalı məqsədəuyğun hesab edilmədiyi halda rəydə bunun səbəbi göstərilir.
Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsi və "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlər sırasında mənəviyyatın və başqalarının hüquqlarının qorunması müddəası yer almaqdadır. Dinşünaslıq ekspertizasının məqsədi məhz sağlam mənəvi mühitin və inancından asılı olmayaraq hər kəsin hüquqlarının qorunmasıdır. Qeyd edilən meyarlar əsasında 2025-ci ildə ölkəyə idxal edilməsi və ölkə daxilində nəşr olunması məqsədilə daxil olmuş müraciətlər əsasında ümumilikdə 3598 adda dini məzmunlu ədəbiyyata baxılıb. Həmin materiallardan 3385 adda ədəbiyyat idxal, 213 adda ədəbiyyat isə nəşr üçün təqdim edilib. Aparılan dinşünaslıq ekspertizasının nəticələrinə görə 3549 adda dini ədəbiyyatın idxalına və nəşrinə müvafiq razılıq verilib, 49 adda dini ədəbiyyatın idxal və nəşri isə məqsədəuyğun sayılmayıb", - deyə qurumdan bildirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat





