Maraqlı

165 milyon il əvvəl yaşamış tikanlı dinozavr kəşf edildi - FOTO

29 Avqust 2025 00:28
Baxış: 256
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Alimlər boynundan metr uzunluğunda sünbüllər çıxan, zirehli dinozavrın qalıqlarını aşkarlayıblar.

Milli.Az xəbər verir ki, "Spicomellus afer" adlanan bu növ 165 milyon il əvvəl Yura dövründə yaşayıb və indiyədək tapılmış ən qədim ankilozavr hesab olunur.

Kəşf Mərakeşin Buleman şəhərində yerli fermer tərəfindən edilib. Bu, Afrika qitəsində tapılan ilk ankilozavr fosili kimi də tarixə düşüb.

Birmingem Universitetindən professor Richard Butler "BBC News"a açıqlamasında yeni növü "dövrünün punk rokçusu" adlandırıb:

"Əgər ən qədim ankilozavrı təsəvvür etməli olsaydıq, sadə zirehli bir heyvan deyərdik. Amma qarşımızda kirpi kimi sünbüllərlə örtülmüş, tamamilə qəribə bir canlı var".

Alimlər dinozavrın təxminən 4 metr uzunluğunda, 1 metr hündürlüyündə və 2 tona yaxın ağırlıqda olduğunu güman edirlər. Onun arxa tərəfində sümüklü zirehlər, boynunda qalxanvari çıxıntılar, quyruğunda isə silah kimi istifadə edilə biləcək quruluşlar olub.

Tədqiqatçılar hesab edirlər ki, bu fərqli sünbüllər əvvəlcə nümayiş üçün istifadə edilib, lakin daha sonrakı dövrlərdə iri yırtıcılardan qorunmaq məqsədilə bədən zirehlərinə çevrilib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.