Ölkə

Həmin binanın sakinlərinə kirayə pulu veriləcək - FOTO

28 Avqust 2025 17:32
Baxış: 569
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Nizami rayonu, Əli Vəliyev küçəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda birinci girişin dörd və beşinci mərtəbələri tam qəzalı vəziyyətə düşüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Qafqazinfo"ya bildirilib ki, partlayış nəticəsində qəzalı vəziyyətə düşən binada 15 mənzilin sakininə müvəqqəti kirayə pulu veriləcək. 

"Həmin mərtəbələr sökülüb yenidən bərpa ediləcək. Yaxın müddətdə hökumət bununla bağlı müvafiq qərar qəbul edəcək. Layihə, smeta sənədləri hazırlanacaq, binanın bərpa işlərinə başlanılacaq. Binanın bərpası müddətində birinci girişdə yaşayan 15 mənzilin sakinlərinin müvəqqəti yaşayışı üçün kirayə haqları ödəniləcək", - məlumatda qeyd olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.