Dünya

Bu ölkədə qırıcı təyyarə qəzaya uğradı - FOTO

29 Avqust 2025 00:14
Baxış: 261
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Polşada Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi nümayiş uçuşu zamanı qəzaya uğrayıb. Təyyarə yerə çırpılaraq alov topuna dönüb, pilot isə həyatını itirib. Hadisə anı ətrafdakı şəxslərin mobil telefon kameralarına yansıyıb.

Məlumata görə, hadisə Radom Beynəlxalq Hava Sərgisinin məşq uçuşu zamanı baş verib. Polşa Hərbi Hava Qüvvələrinin "Tiger Demo" nümayiş qrupunda yer alan F-16 təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb.

Qəzadan sonra təyyarə tamamilə yanaraq məhv olub. Pilotun həyatını xilas etmək mümkün olmayıb. Təyyarənin düşdüyü Radom Hava Limanının uçuş-enmə zolağı isə istifadəyə yararsız hala düşüb.

Polşa hökumətinin sözçüsü Adam Szlapka pilotun həlak olduğunu təsdiqləyib. O, həmçinin Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamyşın hadisə yerinə yola çıxdığını bildirib.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.