Azərbaycanda seysmik risklər - Xəritələr yeniləndi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər il Azərbaycanda əhalinin çox zaman hiss etmədiyi, lakin rəsmi qurumlar tərəfindən qeydə alınan onlarla kiçik yeraltı təkan baş verir. Bu zəlzələlər əksər hallarda ciddi dağıntılara səbəb olmasa da, bir mühüm həqiqəti daim gündəmdə saxlayır: Azərbaycan seysmik aktiv zonada yerləşir və zəlzələ təhlükəsi realdır.
Bu təhlükə əhalidə daim suallar doğurur: ölkənin seysmik zonalarının xəritəsi yenilənib? Son illərdə bu sahədə hansı araşdırmalar aparılıb və nəticələr necədir? Paytaxt Bakı üçün risklər hansı səviyyədədir?
Azərbaycan Milli Elmlər Akademiyası və Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, ölkə ərazisində seysmik risklərin daha dəqiq öyrənilməsi məqsədilə son 10-15 ildə mühüm işlər görülüb. Ölkənin müxtəlif bölgələrində yeni seysmik stansiyalar quraşdırılıb, mövcud stansiyalar müasirləşdirilib və məlumatların təhlili üçün rəqəmsal texnologiyalardan istifadə olunmağa başlanıb.
Bu işlər nəticəsində Azərbaycanın seysmik xəritələri daha da dəqiqləşdirilib və zonalar üzrə risk səviyyələri yenidən qiymətləndirilib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli musavat.com-a açıqlamasında bildirib ki, seysmik təhlükə xəritəsi artıq hazırdır:
"Bir neçə rayonun seysmik xəritəsi hazırlanıb. Bu işi davam etdiririk, sona çatdırandan sonra ümumi masştabda xəritə də tərtib edəcəyik. Şamaxı, İsmayıllı, Şəki və Zaqatalanın seysmik xəritəsinin üzərində illərin statistikası əsasında işləmişik. Bu xəritələr baza məlumatını əks etdirir. Bu xəritələrdə parametrlər müəyyən olunur ki, onların əsasında ehtimal olunan hansısa maqnitudalı zəlzələləri söyləmək mümkündür. Hələlik bu işləri hissə-hissə edirik".
Bakı şəhəri həm əhalisinin çoxluğu, həm də infrastrukturunun sıxlığı səbəbindən zəlzələ zamanı ən həssas ərazilərdən biri sayılır. Abşeron yarımadası geoloji quruluşu və aktiv tektonik qırılmaları səbəbindən tarixi dövrlərdə dəfələrlə dağıdıcı zəlzələlər yaşayıb.
"Bakının seysmik mikrorayonlaşdırma xəritəsi işlənir. Bu xəritələr ayrı-ayrı tikinti sahələrində tədqiqatlar aparılarkən baza məlumatı kimi istifadə olunur. Bu zaman ehtimal olunan risklər nəzərə alınır", - deyə Qurban Yetirmişli bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabiq Pentaqon rəhbəri: ABŞ-İran münaqişəsi daha 6 ay davam edə bilər
-
Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı - Yenilənib
-
Tramp Ayı da "özününküləşdirdi"
-
Şarl Lekler "Formula-1"də qəza törətdi, görməsi pisləşdi
-
Canəli Nəbiyev xəstəxanaya direktor təyin edildi - (Foto)
-
18 yaşlı azərbaycanlı İsveç siyasətində
-
Günün qoroskopu: Tələsik qərarlar verməkdən çəkinin
-
Koxalski azarkeşlərlə sağollaşdı
-
Azərbaycan futboluna ağır itki - (Foto)
-
Evində ölü tapılan Serhat Mustafa Kılıçın son görüntüləri - (Foto)
-
Brilliant Dadaşovanın arxivi - (Foto)
-
Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
-
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
-
Sabah Yasamalda işıq olmayacaq
-
Nepalda seldə ölənlərin sayı 1344-ə çatıb
-
Ayrılsalar da, övladları üçün bir araya gəldilər - (Video)
-
“Danışsam, bu liqanı ifşa edəcəyəm” - Joao Feliks
-
Toxunduqda dərhal şəkil dəyişən parça hazırlandı
-
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb - Yenilənib
-
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib - Yenilənib
-
"Şamaxinka" istiqamətində yol açılıb, Biləcəri istiqamətində təmir davam edir - Anar Nəcəfli
-
Xankəndidə 4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı
-
Yağış yağacaq, leysan olacaq - xəbərdarlıq
-
Bülənt Ərsoyun milyonluq boyunbağısı - (Foto)





