Hadisə

“Gördüm ki, “KamAZ”lar gəlib üstümə çıxdı”

17 Fevral 2025 00:29
Baxış: 3 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

00:29

Xəbər verdiyimiz kimi, Ucarda 14 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, qəza nəticəsində 2 nəfər həlak olub, 11 nəfər xəsarət alıb. 

Hadisə şahidlərinin sözlərinə görə, qəza baş verən zaman yolda qatı duman olub:

"Hava dumanlı idi. Maşını saxlayıb yerə düşəndə gördüm qarşıda 2 maşın toqquşub. Dedim bu dumanda heç kəs görməyəcək, gəlib bizi vuracaq. Maşını kənara çəkmək istəyəndə gördüm ki, "KamAZ"lar gəlib üstümə çıxdı".

Faktla bağlı araşdırma aparılır". (baku.tv)

---------------
2025.02.16


Fevralın 16-da saat 03:00 radələrində Bakı-Qazax magistralının Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 22 nəfər (7-si qadın cinsli, 15-i kişi cinsli olmaqla) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə TƏBİB-dən bildirilib.

Xəsarət alanlardan 1-i 2020-ci il təvəllüdlü azyaşlıdır.

Qeyd edilib ki, bədənin müxtəlif nahiyələrinin sınığı, əzilməsi, qarın boşluğu orqanlarının əzilməsi və sair diaqnozlar qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Həmin şəxslərdən 7 nəfərinin müalicəsi hazırda xəstəxanada stasionar şəraitdə davam etdirilir.

15 nəfər ambulator müalicə üçün evə buraxılıb.

--------

13:13

Bugün gecə saat 03:00 radələrində Bakı-Qazax yolunun Ucar rayonun Qulabənd kəndindən keçən hissəsində güclü duman səbəbindən görünüş məsafəsinin azalması nəticəsində bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Bunu BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev bildirib.

Qeyd edilib ki, hadisə yerinə dərhal yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub. Qəza nəticəsində 2 nəfər həyatını itirib, ağır xəsarət qeydə alınmayıb: "İlkin ehtimala görə qəza dumanlı yolda bir neçə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində durması nəticəsində arxadan gələn nəqliyyat vasitələrinin vaxtında reaksiya verə bilməyərək onlara çırpılması nəticəsində baş verib".

Faktla bağlı araşdırma aparılır.

--------

07:47

Ucarda baş verən qəzada hələlik şəxsiyyəti dəqiqləşdirilməyən 1 kişi və 1 qadın ölüb.

APA xəbər verir ki, hadisə zamanı xəsarət alan 12 nəfərin adları aşağıdakı kimidir:

1980-ci il təvəllüdlü Məmmədov Ruslan Mahmud oğlu,

2007-ci il təvəllüdlü Əliyeva Səbinə Vasif qızı,

1969-cu il təvəllüdlü Qasımov Mərdan Əkbər oğlu,

1960-cı il təvəllüdlü Əhmədov Şahid Yusif oğlu,

1963-cü il təvəllüdlü Abdulayeva Nəcibə İbrahim qızı,

1955-ci il təvəllüdlü Əliyev Əlövsət İlyas oğlu,

1983-cü il təvəllüdlü Hüseynov Aftandil Rəşid oğlu,

1981-ci il təvəllüdlü Bayramov Samir Rəhim oğlu,

1981-ci il təvəllüdlü Məmmədov Niyaməddin Mahmud oğlu,

1960-cı il təvəllüdlü Əliyeva Günəş Əli qızı,

2020-ci il təvəllüdlü Allahverdizadə Nəriman Taleh oğlu

1981-ci il təvəllüdlü Məmmədov Əlizamin Telman oğlu Ucar Rayon Xəstəxanasına yerləşdiriliblər.

İlkin yardım göstərildikdən sonra bütün zərərcəkənlər Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

-------

06:58

Ucarda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanlar olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, 13 avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 10-dan yuxarı şəxs xəsarət alıb.

Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.