Hadisə

Maskalı şəxslər toya basqın eti - Bəy vuruldu - FOTO

3 İyul 2024 08:00
Baxış: 4 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin Sent-Luis ştatında kişi öz evində toy mərasimi zamanı başından güllələnib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, mərasim zamanı iki maskalı silahlı şəxs Dulse və Manuel Qonsales ailəsinin evinin həyətinə daxil olub. Naməlum şəxslər qonaqlara yerindən tərpənməməyi əmr ediblər. Hücum edənlərdən biri bəyin arxasında dayanıb, ikincisi isə qonaqların ciblərini yoxlamağa başlayıb.

Daha sonra hücum edənlərdən biri bəyi başından vurub. Hər iki cinayətkar qaçıb.

Manuel Qonsales xəstəxanaya yerləşdirilib və həkimlər onu xilas etmək üçün əllərindən gələni ediblər.

"O, həyatı üçün mübarizə aparır. Ümid edirik ki, bacaracaq", - deyə gəlinin bacısı Yaribet Penya bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.