Hadisə

MDB "İnsana mesaj” kinofestivalının kuratoru ÖLÜ TAPILDI - FOTO

18 Avqust 2023 22:35
Baxış: 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təxminən bir ay əvvəl izsiz yoxa çıxan "İnsana mesaj" illik kinofestivalının kuratoru Aleksey Medvedyev ölü tapılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə məlumat axtarış qrupunun "Lisa Alert" saytında yerləşdirilib.

"Ölü tapıldı. Ailəsinə və dostlarına başsağlığı veririk", - deyə axtarış qrupunun saytında deyilir.

Medvedevin ölümünün təfərrüatları açıqlanmır. Axtarış sistemləri yalnız meyitin Moskva vilayətində tapıldığını qeyd edib.

Mərhumun yaxınları hələlik bu məlumatı şərh etməyiblər.

Qeyd olunur ki, Medvedev bu il iyulun 21-də yoxa çıxıb. Həmin tarixdən onun harada olduğu məlum deyil.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.