Hadisə

Lerikdə avtomobil dumanlı havada dərəyə yuvarlanıb - VİDEO

23 Oktyabr 2022 09:58
Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lerikdə avtomobil dərəyə aşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə gecə saatlarında Lənkəran-Lerik yolunun 28 km baş verib.

Lənkəran şəhər sakini, 1992-ci il təvəllüdlü Hüseyn Ataxan oğlu Məmmədli idarə etdiyi "Opel Astra" markalı avtomobillə təqribən 80-100 metr hündürlükdən dərəyə yuvarlanıb. Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilərin köməyi ilə sürücü deformasiyaya uğrayan avtomobilin içərisindən çıxarılaraq, Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, sürücü Lerik rayonuna, kəndlərin birinə dərman çatdırmalı idi. İlkin versiyaya görə yolun dumanlı, yağışlı olması avtomobilin sürüşərək dərəyə düşməsinə səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.