Hadisə

Ötən sutka ərzində 2 nəfər xilas edilib - VİDEO

25 Mart 2022 17:37
0 Şərh     Baxış: 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 24 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib. Həmçinin, FHN-in qüvvələri tərəfindən Lənkəran rayonunun Liman şəhəri və Boladi kəndində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.