Texnologiya

“WhatsApp”da yeni funksiya işə salınacaq

26 Avqust 2020 18:39
Baxış: 1 524
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"WhatsApp" messencerində yeni funksiya işə salınacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu funksiya istifadəçilərə alınan fayl və sənədlərin ölçüsünü görməyə imkan verəcək.

Bu, onlara müvafiq audio və ya videofayl, eləcə də sənəd alınarkən telefonun yaddaşında yer təmizləməyə imkan verəcək.

Yeni funksiya işə düşdükdən sonra böyük fayllar xüsusi pəncərədə görünəcək. Bundan başqa, messencerdəki yazışmaların da ölçüsü istifadəçilərə məlum olacaq.

Hələ ki bu funksiyanın işə düşəcəyi tarix məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.