Bollivud klassikası zamana meydan oxuyur: 30 ildir kinoteatrlarda göstərilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rejissor Aditya Çopranın ilk filmi olan "Cəsur ürək gəlinini alır" (Dilwale Dulhania Le Jayenge - DDLJ), premyerasından 30 il keçməsinə baxmayaraq hələ də Hindistan kinoteatrlarda nümayiş olunur.
Milli.Az xəbər verir ki, filmdə baş rolları Bollivud ulduzları Şah Rux Xan və Kacol canlandırır.
20 oktyabr 1995-ci ildə nümayiş olunan bu romantik film, zamanla Bollivudun ən sevilən əsərlərindən birinə çevrildi. Hadisələr Böyük Britaniyada yaşayan iki gənc hindli - Rac və Simranın Avropa səfəri zamanı tanış olması ilə başlayır. Rac, sevdiyi qızla evlənmək üçün onun atasının razılığını da qazanmağa çalışır.
Filmin populyarlığı o qədər böyükdür ki, Mumbaydakı Maratha Mandir kinoteatrı 30 ildir filmi fasiləsiz göstərməyə davam edir.
50 yaşlı almaz ustası Sunil Şedje filmi demək olar ki, hər gün izlədiyini deyir:
"Bəzən ağlayıram, çünki bu film həm sevinc, həm kədər doludur. Belə bir film bir daha çəkilməyəcək."
Kinoteatra gələn gənc cütlüklərdən Vaişnavi Deşmux, filmi "ən gözəl sevgi hekayəsi" kimi dəyərləndirərək, neçə dəfə izlədiyini xatırlamadığını deyib.
Filmin 30 illiyi münasibətilə Variety jurnalına danışan Şah Rux Xan, illərin necə keçdiyinə inanmadığını bildirib:
"Rac obrazını canlandırdığım üçün dünyanın hər yerindən gördüyüm sevgi mənə böyük minnətdarlıq hissi bəxş edir. Heç kim bu filmin bu qədər insanın ürəyinə işləyəcəyini gözləmirdi. Mənimlə tanış olan bir çox cütlük bu filmi izlədikdən sonra aşiq olub evləndiyini deyir. ."
Filmdə Simran rolunu canlandıran Kacol isə filmin uğurunu "yuxu kimi" adlandırıb:
"Mənim üçün Simran bitməyən bir fəsildir. O, bu ölkədəki milyonlarla qızı təmsil edir - ənənə ilə azadlıq arasında qalan, valideynlərinin sözünü yerinə yetirmək istəyən gənc qızları. Elə buna görə də film bu gün də insanların qəlbinə toxunur."
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zülfiyyə Xanbabayevanın villasından görüntülər yayıldı - (Video)
-
Nikol Kidman illər sonra Tom Kruzla evliliyindən danışdı
-
Azərbaycanlı tanınmış bloqerlərin həyat yoldaşları ilə fotoları diqqət çəkdi - (Fotolar)
-
Türk məşhurlar övladları ilə çimərlikdə - (Fotolar)
-
Azərbaycanlı məşhurların makiyajsız görüntüləri müzakirə yaratdı - (Fotolar)
-
Gökhan Özen ikinci dəfə evləndi - (Foto)
XƏBƏR LENTİ
-
Azərbaycan Premyer Liqası: Son çempion "Sabah" ilk oyununa çıxır
-
Moskva və Pekin İranı məğlub etməyin qiymətini həddən artıq artırır
-
Hörmüzü ABŞ ərazisi elan edəcək
-
"Qarabağ"dan getdi - Hava limanında görüntülənib
-
Bu bürclərin bəxt üzünə "güləcək": Qarşıda uğurlu günlər var
-
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir
-
Bu gündən "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırıldı
-
Zülfiyyə Xanbabayevanın villasından görüntülər yayıldı - (Video)
-
Sumqayıtda 6 maşın toqquşdu: Yaralılar var
-
Tbilisi su altında qaldı
-
Müsəlman ölkəsində 7,7 bal gücündə zəlzələ oldu
-
"Qalatasaray" 10 nəfər qalan debütantla doğma meydanda bacarmadı
-
Nikol Kidman illər sonra Tom Kruzla evliliyindən danışdı
-
Nyu-Yorkda damların temperaturunu 25 dərəcəyə yaxın azaldan sadə üsul
-
Dietoloqdan sərnişinlərə xəbərdarlıq: Təyyarədə bu içkiləri qəbul etməyin
-
Azərbaycanlı tanınmış bloqerlərin həyat yoldaşları ilə fotoları diqqət çəkdi - (Fotolar)
-
Xaricə gedənlər bu səhvlərə görə pul itirirlər
-
1000 at güclü yeni elektrikli “Jaguar”ın salonu - (Foto)
-
Türk məşhurlar övladları ilə çimərlikdə - (Fotolar)
-
Bu qidalar prostat xərçəngi riskini artırır
-
Azərbaycanlı məşhurların makiyajsız görüntüləri müzakirə yaratdı - (Fotolar)
-
Pəncərə kənarına yalnız bir səbət qoymaq bəs edir: Milçəklər evə girmədən qaçır
-
Lukaşenko onları “axmaq” adlandırdı - (Video)
-
Gökhan Özen ikinci dəfə evləndi - (Foto)





