Hotelin müdiri və resepşın tutuldu - "Danışıqlarından başa düşdüm ki, ər-arvad deyillər..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beyləqanda otelin müdiri və qeydiyyatçısı (resepşın) saxlanılıb.
Milli.Az-ın məlumatına görə, polis əməkdaşları Birinci Şahsevən kəndində yerləşən oteldə əməliyyat keçiriblər. Nəticədə otaqlardan birində kişi və qadını əxlaqsızlıq edərkən yaxalayıblar.
Bu hadisə ilə bağlı həmin otelin müdiri 35 yaşlı Nazim Musayev (ad və soyad şərtidir) və qeydiyyatçı 25 yaşlı Tahir Məlikov (ad və soyad şərtidir) saxlanılıb. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 244.2.2-ci (qabaqcadan əlbir olan qrup halında əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə cinayət işi başlanıb.
Təqsirləndirilən Nazim Musayev bildirib ki, oteldə yeni gələnlər üçün qiymət 70, daimi müştərilər üçün isə 50 manatdır:
"Qeydiyyatçıya qadınla gələn kişilərə cinsi əlaqə üçün 70 manat qiymət deməyi tapşırmamışam. Həmin şəxslərin müəssisəyə əxlaqsızlıq üçün gəlmələrindən xəbərim olmayıb. Otelimə gələn qonaqların otaqlarda cinsi əlaqə ilə məşğul olmaları barədə məlumatım yoxdur. Ümumiyyətlə qonaqlar burada gecə yatmaq üçün gəlirlər. Qeydiyyatda əslində qonaqlardan şəxsiyyət vəsiqələri tələb olunur və komputerə işlənilir. Amma qeydiyyatçı əxlaqsızlıq edərkən tutulan şəxslərin məlumatlarını komputerə salmayıb. Hesab edirəm ki, işçimi düzgün təlimatlandırmamışam, buna görə də özümü təqsirli bilirəm".
Nazim Musayev deyib ki, himayəsində azyaşlı övladı var və ailənin tək gəlir yeri olduğu üçün nəzərə alınmasını xahiş edir.
Digər təqsirləndirilən Tahir Məlikov isə həmin qonaqları əvvəldən tanımadığını bildirib:
"Onlardan vəsiqələrini istədim. Lakin dedilər üstümüzdə deyil, telefonla göndərəcəklər. Kişidən 70 manat alıb otaq verdim. Danışıqlarından başa düşdüm ki, ər-arvad deyillər. Onların cinsi əlaqə üçün otelə gəldiklərini bilmədim. Ər-arvad olmaları barədə sənəd almamışdım. Buna görə özümü təqsirli hesab edirəm".
Tahir Məlikov da xəstəliyini və ailə vəziyyətini nəzərə alaraq, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edib.
Beyləqan rayon Məhkəməsində keçirilən proses zamanı onların hər biri barəsində 1 il sınaq müddəti olmaqla, 3 il şərti azadlıqdan məhrumetmə cəzası təyin olunub. (lent.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu
-
Qaxda bıçaqlanma
-
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu
-
Şəmkirdə 12 yaşlı qızı bacısı öldürübmüş - (Yenilənib)
-
Ata-anasını döydüyünə görə qardaşını öldürdü, oğlu şikayətçi olmadı
-
Bankdan 200 minlə çıxan şəxsi soydular - (Video)
XƏBƏR LENTİ
-
Bir ədəd limonla çox ləziz limonlu üçqulaq
-
Hovuzdan istifadə zamanı ən çox edilən səhvlər
-
COVID-19-un mənşəyi ilə bağlı yeni iddialar yayıldı
-
Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?
-
Hamam böcəklərindən necə qurtulmaq olar? - Effektli üsullar
-
Dünyanın ən gözəl sözü seçildi - mənası insanı heyrətləndirir
-
Dondurucudan gələn zəhər - həkimlərin almağı məsləhət görmədiyi ucuz balıq
-
Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma
-
Sabah Bakı və İsmayıllının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda qətl hadisəsi baş verib
-
Gəncədə baba və nəvəsini moped vurdu
-
Bakıda 35 milyonluq park salınır
-
Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
-
Azərbaycanda polkovnik vəfat etdi - FOTO
-
"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad
-
Notarius ilk məhkəməsində həbs edildi
-
Ən çətin bağışlayan bürclər
-
Azərbaycan XİN Fransanın Martin Rayanla bağlı bəyanatını qətiyyətlə rədd edib
-
Avropa Liqası: ÇSKA və "Qarabağ" komandalarının start heyətləri bəlli olub
-
Böyük səhvin bir addımlığında: Hansı bürclər fasilə verib istirahət etməlidir
-
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib
-
Bu gün “Neftçi”nin oyunu var - Start heyətlər
-
Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı - (Foto)
-
Kiberpolis fişinq şəbəkəsinin daha iki üzvünü saxladı





