İdman

Çempionlar Liqasında yeni rekord

23 Oktyabr 2025 16:30
Baxış: 756
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirilən III turun oyunları məhsuldarlıq rekordu ilə yadda qalıb.

Milli.Az-ın UEFA-nın mətbuat xidmətinə istinadən xəbərinə görə, turun 18 qarşılaşmasında ümumilikdə 71 qol vurulub. Bu göstərici turnirin tarixində indiyədək qeydə alınan ən yüksək nəticədir.

Əvvəlki rekord isə (18 oyunda 67 qol) iki dəfə qeydə alınıb - cari mövsümün I turunda və ötən mövsümün V turunda.

Oktyabrın 21-də baş tutan ilk oyun günündə komandalar 43 dəfə fərqlənib, ikinci oyun günündə isə bu rəqəm 28 olub.

Beləliklə, UEFA Çempionlar Liqasının tarixində ilk dəfə bir turda 70-dən çox qol vurulub.

Hazırda turnir cədvəlinə 9 xalla PSJ liderlik edir. Eyni xala malik "Bavariya" ikinci pillədə qərarlaşıb. "İnter", "Arsenal" və "Real Madrid" isə eyni xalla 3-5-ci yerləri bölüşürlər.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.