Texnologiya

“Apple” bu modelin istehsalını AZALDIR

22 Oktyabr 2025 13:00
Baxış: 487
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Apple" şirkəti "iPhone Air" modelinin istehsal planlarında dəyişiklik edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, tələbatın gözlənildiyindən az olması səbəbindən şirkət bu modelin istehsalını 1 milyon ədəd azaltmaq qərarına gəlib.

"iPhone Air" Qərb bazarlarında gözlənilən marağı qazana bilməyib. Əksinə, "iPhone 17" və "iPhone 17 Pro" modelləri satışa çıxdıqları ilk gündən böyük tələb görüb.

Model Çində uğurlu satış göstəriciləri əldə etsə də, bu, ümumi qlobal nəticələrə ciddi təsir etməyib.

Nəticədə "Apple" istehsal strategiyasına yenidən baxaraq "iPhone 17" seriyasının ümumi istehsal hədəfini 88 milyondan 94 milyon ədədə qədər artırıb.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.