Dünya

Bu ölkədə arıqlayanlara pulsuz ət veriləcək

19 Mart 2026 11:20
Baxış: 521
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin şərqində yerləşən Wuxi şəhərində sakinləri sağlam həyat tərzinə təşviq etmək məqsədilə maraqlı layihə həyata keçirilir.

Milli.Az xəbər verir ki, bu barədə South China Morning Post nəşri yazıb. Bildirilir ki, Jiangsu Province əyalətinin Liangxi District rayonunda yeni sağlamlıq kampaniyasına start verilib.

Layihənin şərtlərinə əsasən, iştirakçılar arıqladıqları hər kiloqram çəkiyə görə mükafat qazanacaqlar. Kampaniya çərçivəsində çəki itirən şəxslərə pulsuz mal əti təqdim olunacaq.

Martın 9-da başlayan təşəbbüs qısa müddətdə böyük maraq doğurub. İlk üç gün ərzində proqrama 2400-dən çox insan qoşulmaq üçün müraciət edib.

Qeyd olunur ki, kampaniyada yalnız həmin bölgədə sosial təminat və ya tibbi sığorta ödənişi edən işçilər iştirak edə bilərlər. Layihənin məqsədi sakinlər arasında sağlam həyat tərzini daha da təşviq etməkdir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.