Qaymaqlı quru əncir şirniyyatı resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qaymaqlı quru əncir şirniyyatı, əncirin təbii şirinliyi və təzə qaymağın möhtəşəm uyğunluğu ilə hazırlanır. Az ərzaqla dəqiqələr ərzində başa gələn bu resept həm görünüşü, həm də dadı ilə süfrələrinizin ən sevilən təamlarından birinə çevriləcək. Yumşaq əncirin daxilindəki xırtıldayan qoz ləpəsi hər tikədə fərqli bir ləzzət bəxş edir. Şərbətini tam çəkən əncirlər soyuduqdan sonra üzərinə qoyulan qaymağın təravəti ilə dadını daha da artırır.
Milli.Az lazım olan məhsulları təqdim edir:
20 ədəd quru əncir
1 su stəkanı qoz ləpəsi
Yarım su stəkanı şəkər tozu
1.5 su stəkanı su
2-3 damcı limon şirəsi
Üzəri üçün:
100 qram təzə qaymaq
Toz püstə (Antep fıstığı)
Hazırlanma qaydası
Quru əncirləri dərin bir qaba və ya qazana qoyun, üzərinə çıxacaq qədər qaynar su əlavə edin. Tam yumşalmaları üçün təxminən 10 dəqiqə suyun içində saxlayın. Sonra əncirlərin suyunu süzün, saplaq hissələrini kəsib atın və əlinizlə yüngülcə basdıraraq formaya salın.
Yumşalmış əncirlərin orta hissəsini baş barmağınızla açaraq çökəklik yaradın və daxilinə bir ədəd bütöv qoz ləpəsi (və ya iri parçalanmış qoz) yerləşdirib sıxın. Hazırladığınız əncirləri geniş dibli bir qazana yan-yana düzün. Üzərlərinə şəkər tozunu səpin, suyunu və limon şirəsini əlavə edin.
Qazanı orta atəşli ocağın üzərinə qoyun. Şərbət qaynamağa başladıqdan sonra ocağın altını azaldın. Əncirlər şərbətini çəkib yumşalana qədər təxminən 20-25 dəqiqə qapağı qapalı şəkildə bişirin. Bişən şirniyyatı ocaqdan götürüb tam soyumağa buraxın.
Soyuyan əncirləri servis boşqabına düzün. Hər birinin üzərinə bir dad qaşığı təzə kənd qaymağı qoyun. Sonda üzərinə toz püstə səpərək süfrəyə təqdim edin.
Nuş olsun!
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Suyu çox olan şorbanı xilas etməyin yolu - 1 qaşıq bəs edir
-
Sobada İzmir küftəsi resepti
-
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
XƏBƏR LENTİ
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
-
Sabah Şahbuzda işıq olmayacaq
-
"Əl-Nəsr"dən Ronaldonu istədilər
-
İslam Rəhimov ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub





