İran XİN: Qətər heyəti Tehranda danışıqlar aparıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, İran və ABŞ arasında aparılan danışıqların rəsmi vasitəçisi hələ də Pakistandır.
Milli.Az-ın məlumatına görə, Bəqai dövlət televiziyasına müsahibəsində Pakistan Ordusunun komandanı general Asim Munirin Tehrana səfərinə münasibət bildirib. O qeyd edib ki, son günlər intensivləşən diplomatik təmasların əsas məqsədi müharibənin dayandırılmasıdır.
İran XİN sözçüsünün sözlərinə görə, hazırkı mərhələdə nüvə məsələlərinin müzakirəsi nəzərdə tutulmur. O bildirib ki, Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması xüsusi həssaslıq tələb edir. İranın tətbiq etdiyi dəniz blokadası da əsas müzakirə mövzularından biridir.
Bəqai vurğulayıb ki, Tehran hazırda diqqətini müharibənin dayandırılmasına yönəldib: "İran bundan əvvəl iki dəfə danışıqlar aparıb, lakin qarşı tərəf sonradan müharibə və təcavüz yolunu seçib".
O, əlavə edib ki, ABŞ-nin tələbləri maksimalist xarakter daşıyır, lakin İranın nüvə məsələsi ilə bağlı mövqeyi dəyişməz qalır. Sözçü qeyd edib ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) üzvüdür və dinc məqsədlərlə nüvə enerjisindən istifadə hüququna malikdir.
Bəqai bildirib ki, Tehran uran materialı ilə bağlı mövqeyini açıq şəkildə qarşı tərəfə çatdırıb.
İran XİN rəsmisi Qətər nümayəndə heyətinin Tehrana səfərinə də toxunaraq deyib ki, heyət İranın xarici işlər naziri ilə görüş keçirib. Onun sözlərinə görə, hazırda bir çox ölkə müharibənin dayandırılmasına yardım göstərməyə çalışır, lakin rəsmi vasitəçi statusu hələ də Pakistana məxsusdur.
Bəqai sonda qeyd edib ki, İran və ABŞ arasında fikir ayrılıqları dərin olaraq qalır və bir neçə görüşlə yekun razılaşmanın əldə olunacağını söyləmək mümkün deyil. (APA)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əri ilə tərəf müqabili olacaq
-
Bəqai: ABŞ və İran razılaşmaya yaxınlaşmayıb
-
Sılanın son halını görənlər inana bilmir: "Bu qadına nə olub?" - FOTO
-
İran XİN: Qətər heyəti Tehranda danışıqlar aparıb
-
“Trabzonspor” Türkiyə Kubokunun qalibi olub
-
Qubada asfalt çökdü - 3 kəndin yolu bağlandı - VİDEO
-
Günün qoroskopu: Maraqlı bir tanışlıq ehtimalı var
-
iPhone 18 Pro ilkin sifarişə çıxarıldı: “Od” qiymətinədir - FOTO
-
Vinisius Madridi vaxtından əvvəl tərk edir
-
Beren Saatın oxşarı: “Kıvanç Tatlıtuğ ilə...”
-
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
-
Premyer Liqa: Mövsümün ən yaxşı 10 transferi
-
Hüseynin yeni “Lamborghini”si - FOTO
-
Alatau şəhəri ticarət və logistika mərkəzidir - britaniyalı memar
-
Elvin Cəfərquliyev qalır, yoxsa gedir? - Qurban Qurbanov açıqladı
-
Alatau şəhərinin əhalisinin 2050-ci ilədək 1,87 milyon nəfərə çatacağı planlaşdırılır
-
"Mən yaşamıram, zülm çəkirəm, qızımın toyundan sonra..." - Xalq artisti
-
Azərbaycan incəsənətinə ağır itki - FOTO
-
ABŞ Milli Kəşfiyyatının rəhbəri ərinə görə istefa verir
-
Qaymaqlı quru əncir şirniyyatı resepti
-
Ülviyyə tarix yazdı
-
"Bizə olan hörmətsizlik qəbuledilməzdir" - Dambrauskas
-
Hüseyn Məmmədova yeni VƏZİFƏ verildi
-
Aziz Yıldırımın 64.000 tutumlu yeni stadion layihəsi bəlli oldu





