"Bizə olan hörmətsizlik qəbuledilməzdir" - Dambrauskas
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sabah" Misli Premyer Liqasında mövsümün sonuncu - 33-cü turunda "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.
Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Mövsümün sonuncu qələbəsi münasibətilə futbolçuları, rəhbərliyi, azarkeşləri təbrik edirəm. Düzdür, o qədər də yaxşı oynamadıq. Bərabər səviyyədə oyun keçdi. Bir az baxtimiz gətirdi və qollar vurduq. Rəqibin 3-4 yaxşı qol fürsəti oldu. Qapıçımız çox yaxşı çıxış etdi. Son oyunda hamı dəqiqələri sayır. Futbolçuları motivasiya etmək çətindir. Çünki düşüncə tərzi dəyişir. Tezliklə Çempionlar Liqasının təsnifat mərhələsi oyununda görüşəcəyik.
- "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışının "Sabah"ın Premyer Liqadakı uğurlu performansına təsiri oldu?
- Bizim stadionumuzda, çempionun, kubokun qalibinin, 33 oyun məğlub olmayan bir komandanın evində bu cür sual verirsiniz. Xahiş edirəm, bizə hörmət edin. Qurban Qurbanov belə ən yaxşı olduğumuzu qeyd edir. Amma siz həmişə bəhanələr axtarırsınız. Bunlar klubumuza, məşqçilərimizə, futbolçularımıza qarşı hörmətsizlikdir. Mövsümü bu notlarla bitirmək istəməzdim. Amma bizə olan hörmətsizlik də qəbuledilməzdir. Titullar qazandığımıza görə üzr istəməyimi istəyirsinizsə, bunu etməyəcəyəm.
- "Sabah"dan Çempionlar Liqasında gözləntilər böyükdür. Bunun üçün də heyətin gücləndirilməsi lazımdır. Transferlə bağlı planlarınız necədir?
- Hər zamankı yanaşmamızı davam etdirəcəyik. İyunun ortalarında toplaşacağıq və öz hədəflərimizə doğru gedəcəyik. Rəqibimiz bəlli olduqdan sonra sırf rəqibə qarşı hazırlaşacağıq. Əlbəttə ki, püşkün nəticəsi önəmlidir. Mövsümboyu bizə uğur gətirən yanaşmamız var idi, oyundan-oyuna hazırlaşırdıq.
- Növbəti mövsümdə qrafikiniz ağır olacaq. İstirahətlə bağlı hansı planlarınız var?
- Hər mövsüm çətin olur. Mənim də özümə görə istirahət planım var. Sabah Litvaya gedəcəyəm. Bir həftə sonra ailəmlə ölkə xaricinə istirahətə yollanacağıq. Daha sonra Avstriyada təlim-məşq toplanışına başlayacağıq.
- Mətbuatda yazılanlara görə Coy Lens Mikels yeni müqavilə imzalamaq istəmir. Onun gedişi komandanın gücünü nə dərəcədə azaldacaq?
- Azərbaycan demokratik ölkədir. Hər kəsin müqavilə imzalamaq və ya imzalamamaq hüququ var. Bizim məşq bazamızın girişində belə bir yazı görə bilərsiniz: "Heç bir oyunçu komandadan böyük deyil". Mikels həqiqətən də möhtəşəm mövsüm keçirdi. Ona və digər oyunçulara ən yaxşısını arzulayıram. Biz "Sabah"ıq, bir oyunçudan ibarət komanda deyilik. Mövsüm ərzində Mikelsin oynamadığı matçlarda onu əvəz edən futbolçular var idi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Bizə olan hörmətsizlik qəbuledilməzdir" - Dambrauskas
-
Hüseyn Məmmədova yeni VƏZİFƏ verildi
-
Aziz Yıldırımın 64.000 tutumlu yeni stadion layihəsi bəlli oldu
-
Sənan Əsədzadə saxlanıldı
-
Qvardiola “Mançester Siti”dən ayrılır
-
Yaşıl tərəvəz şirələri həqiqətən detoks effekti yaradır?
-
"Real Madrid" Arda barədə QƏRARINI VERDİ
-
"Məni küftə-bozbaş verdiyiniz toya çağırmayın" - Vüqar
-
“Mingəçevir” pley-off-da
-
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
-
Mələkxanım Eyubova gəlini ilə - FOTO
-
İlk dəfə “Qarabağ”ın heyətində meydana çıxacaqlar
-
Santyaqo Penya Prezident İlham Əliyevi təbrik edib
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Kim Çen In Prezident İlham Əliyevi təbrik edib
-
Məcburi evdən çıxarma və məcburi köç hallarının monitorinqi üçün daimi çoxtərəfli mexanizmlər yaradılmalıdır - WUF13-ün yekun sənədi
-
Bəhreynin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
UFC prezidenti Dana Uaytdan Azərbaycan azarkeşlərinə xüsusi çağırış: "Bakı, hazır olun!"
-
Şeyx Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevi təbrik edib
-
Şeyx Məhəmməd bin Raşid Al Maktum Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
BƏƏ Prezidenti İlham Əliyevi təbrik edib
-
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
-
Sərvəti 1 milyardı keçdi
-
Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab





