İdman

Aziz Yıldırımın 64.000 tutumlu yeni stadion layihəsi bəlli oldu

22 May 2026 21:23
Baxış: 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Fənərbaxça"nın keçmiş rəhbəri və prezidentliyə namizəd Əziz Yıldırımın klub üçün hazırladığı 64 min nəfərlik yeni Şükrü Saracoğlu stadionu layihəsinin detalları ortaya çıxıb. "Eyni yerdə, eyni ruhla" şüarı ilə hazırlanan bu nəhəng yenidənqurma layihəsində müasir tribunalar və artırılmış loja tutumu diqqət çəkir.

Milli.Az xəbər verir ki, "Fənərbaxça" Şükrü Saracoğlu Stadionunun mövcud tutumunun 64 minə çatdırılması nəzərdə tutulur. 

Layihənin ən diqqətçəkən detallarından biri də korporativ və VIP lojaların sayının ciddi şəkildə artırılmasıdır. Sarı-lacivərdli klub bu addımla həm azarkeş konforunu təmin etməyi, həm də klubun gələcək kommersiya və oyun günü gəlirlərini maksimuma çatdırmağı hədəfləyir.

Ortaya çıxan ilkin vizual görüntülərdə stadionun olduqca böyük və futuristik bir memarlığa sahib olduğu nümayiş etdirilib. Yeni dizaynda tribunaların sahəyə (meydançaya) daha yaxın yerləşdirilməsi xüsusi diqqət çəkir ki, bu da rəqib komandalar üçün stadiondakı akustik təzyiqi və "cəhənnəm" ab-havasını daha da artıracaq. Binanın xarici fasadı isə tamamilə yenilənəcək.

Avropanın ən müasir futbol arenaları modelində hazırlanan layihədə geniş sosial zonalar, restoranlar, ticarət mərkəzləri və muzey sahələri də yer alacaq. 

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.