Türkiyəli məşhur müğənni Ebru Gündeş son günlər ailəsi ilə bağlı yaşadığı gərgin anların ardından rahat nəfəs alıb.
Milli.Az xəbər verir ki, uzun müddətdir Dubayda yaşayan sənətçinin qızı Alara Gündeş bölgədə baş verən hərbi gərginlik və hava məkanının bağlanması səbəbindən orada qalıb.
Orta Şərqdə artan münaqişə və raket hücumları nəticəsində mülki aviareyslər dayandırılıb. Bu səbəbdən Dubaydakı Alaranın ölkədən çıxışı mümkün olmayıb. İstanbulda olan Ebru Gündeş isə günlərlə qızından xəbər gözləyərək onun təhlükəsizliyini təmin etmək üçün alternativ yollar axtarıb.
Birbaşa uçuşlar mümkün olmadığından Alara əvvəlcə təhlükəsiz şəkildə quru yolu ilə Omana aparılıb. Daha sabit vəziyyətə malik olan Oman üzərindən isə Gündeş xüsusi təyyarə təşkil edib.
Omandan havaya qalxan özəl təyyarə saatlarla davam edən uçuşdan sonra İstanbula enib. (Musavat.com)
Milli.Az





