İdman

"Qarabağ"ın və millimizin keçmiş futbolçusu Braziliyada klubunu dəyişdi - FOTO

18 Mart 2026 16:00
Baxış: 457
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan milli komandasının və "Qarabağ" klubunun keçmiş futbolçusu Riçard Almeyda Braziliyada karyerasında yeni səhifə açıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 36 yaşlı təcrübəli yarımmüdafiəçi Braziliyanın D Seriyasında çıxış edən "XV Piraçiçaba" komandası ilə rəsmi müqavilə imzalayıb.

"Qarabağ"dan ayrıldıqdan sonra "Primavera" klubunda forma geyinən və 2026-cı il Paulista A1 çempionatında mübarizə aparan Riçard artıq yeni komandasının hazırlıq prosesinə qoşulub.

Xatırladaq ki, Azərbaycanda uzun müddət "Qarabağ"ın uğurları üçün tər tökən Riçard Almeyda qısa müddət ərzində "Zirə"nin də şərəfini qoruyub. Təcrübəli futbolçu ölkəmizin əsas milli komandasının heyətində çıxdığı 31 qarşılaşmada rəqib qapılarından 3 top keçirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.