Seneqal Futbol Federasiyasından İdman Arbitraj Məhkəməsinə şikayət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Seneqal Futbol Federasiyası (FSF) Afrika Futbol Konfederasiyasının (AFK) Apelyasiya Jürisinin qərarından Lozannadakı İdman Arbitraj Məhkəməsinə (CAS) rəsmi müraciət edib. Qurum Seneqal yığmasının 2025-ci il Afrika Millətlər Kubokunun (AMK-2025) qalibi kimi tanınmasını və Mərakeşlə final oyunundan iki ay sonra verilən 0:3 hesablı texniki məğlubiyyətin ləğvini tələb edir.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, mübahisəyə səbəb Rabatda keçirilən və Seneqalın 1:0 hesablı qələbəsi ilə başa çatan final matçının nəticələrinin yenidən nəzərdən keçirilməsidir. Həmin görüşün 87-ci dəqiqəsində seneqallı futbolçuların meydanı tərk etməsi (demarş) qalmaqala səbəb olmuşdu. Futbolçular sonradan meydana qayıdıb oyunu başa vursalar da, AFK-nın Apelyasiya Jürisi bu hərəkəti reqlamentin pozulması kimi qiymətləndirib.
Seneqal Futbol Federasiyası yaydığı bəyanatda qitə konfederasiyasının hərəkətlərini kəskin tənqid edib:
"Bu qərar kənar təzyiqlər altında qəbul edilib və ədalətsizdir. Biz Seneqal futbolunun hüquqlarını ən yüksək instansiyada bütün qanuni yollarla müdafiə etmək niyyətindəyik. İdman şərəfi və bərabərlik prinsiplərinə əməl olunmayıb ki, bu da bütün Afrika futbolunun idarə olunması üçün təhlükəli bir presedent yaradır. Bu görünməmiş qərar Afrika futbolunu nüfuzdan salır".
Seneqal tərəfi israr edir ki, oyunun sona qədər oynanılması faktı və tablodakı yekun hesab intizam epizodlarından daha üstün tutulmalıdır. Titul rəsmi olaraq artıq Mərakeş tərəfinə verildiyi üçün CAS-ın qərarı sürətləndirilmiş rejimdə çıxaracağı gözlənilir.
Xatırladaq ki, AMK-2025-in finalı 18 yanvar 2026-cı ildə baş tutub. Seneqal meydanda 105-ci dəqiqədə vurulan qolla 1:0 hesabı ilə qalib gəlmişdi. Seneqallıların 87-ci dəqiqədəki demarşına səbəb həm təyin olunmuş penalti, həm də bir neçə dəqiqə əvvəl İsmaila Sarrın qolunun ləğv edilməsi olub. AFK reqlamentinin 82-ci maddəsinə görə, hakimin icazəsi olmadan meydanı tərk edən komanda məğlub sayılır. İndi CAS futbolçuların meydana qayıtması faktının bu maddənin tətbiqini ləğv edib-etmədiyinə aydınlıq gətirməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
-
Sabunçuda psixotrop maddə qəbul edən şagirddən məktəbdə qorxunc əməl
-
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib - (Foto/Video)
-
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək
-
Məktəblərdə vahid geyim qaydaları: dünyəvi təhsil, dövlətçilik və milli maraqlar
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
-
Röyanın həmkarına təyyarədə sözləri diqqət çəkdi: "Səni kluba aparacaqdım" - (Video)
-
Paltaryuyan maşında problem tapılmırsa, səbəb nə ola bilər?
-
Nəfəsin bu görüntüsü tənqid edildi - (Video)
-
Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı
-
Ucarda sərnişin avtobusu yandı
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - (Foto)
-
Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)
-
Türkiyəli məşhur aktyor vəfat edib
-
Azadlıq prospektində yeni zolaq təşkil edildi
-
Zeedorfun yeni iş yeri bəlli oldu
-
Sabah yola çıxanlar bunu nəzərə alsın
-
"6, 7 yaşında uşaqların başını bağlamağa nə ehtiyac var?"
-
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu
-
Elçin Hüseynov Cengiz Kurtoğlu ilə bir arada - (Video)
-
“Qalatasaray” - “Barselona” oyunu öncəsi 9 nəfər saxlanıldı
-
Arda Turanla danışıqların detalları bəlli oldu





