İdman

Rüdiger Qvardiolaya hücum edib

18 Mart 2026 12:45
Baxış: 552
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Mançester Siti" futbol komandasının baş məşqçisi Pep Qvardiola "Real"la Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra Madrid təmsilçisinin bütün futbolçularını təbrik etsə də, gözlənilməz gərginliklə üzləşib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  Madrid klubunun bütün oyunçuları mütəxəssislə normal şəkildə əl sıxsa da, Antonio Rüdigerin reaksiyası kəskin olub.

Almaniyalı müdafiəçi təbrikə aqressiv cavab verərək Qvardiolaya qarşı qışqırmağa başlayıb. Futbolçunun bu hərəkəti və idarəolunmaz emosiyaları meydanda olanların heyrətinə səbəb olub. Onları bir-birindən uzaqlaşdırdıqdan sonra isə Qvardiola Rüdigerə öpüş göndərib.

Hadisənin kökündə isə köhnə rəqabət dayanıb. Belə ki, keçən il Qvardiola Erlinq Haalandın zədə səbəbindən oynamamasını şərh edərkən, medianın futbolçunun Rüdigerdən qorxduğu üçün meydana çıxmadığı barədə iddialarına cavab vermişdi və həmin vaxt zarafatla hücumçunun "Rüdiger-itis" xəstəliyindən əziyyət çəkdiyini söyləmişdi. Bu zarafatın Rüdiger tərəfindən şəxsi təhqir kimi qəbul edildiyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.