İdman

Aleksander-Arnolddan “Siti”yə göz dağı: “Məndən medallarımı almışdılar”

18 Mart 2026 13:35
Baxış: 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Real" futbol komandasının müdafiəçisi Trent Aleksander-Arnold Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" üzərində qazanılan qələbəni şərh edib. Madrid klubu hər iki oyunda (3:0 və 2:1) qalib gələrək rəqibini turnirdən kənarlaşdırıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, keçən yay "Liverpul"dan "Kral klubu"na transfer olunan ingiltərəli futbolçu bu qələbənin onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini gizlətməyib.

"Bu, mövsümün ən vacib mərhələsidir. Böyük oyunlar bir-birinin ardınca gəlir və hər biri final kimi hiss olunur. "Real"da gözlənti hər zaman Çempionlar Liqasında sona qədər getmək və qalib gəlməkdir. Bu, klubun DNT-sinə işlənib. Biz bu təzyiqdən zövq alırıq və bu, ən yaxşı keyfiyyətlərimizi üzə çıxarmağa kömək edir"- deyə Trent bildirib.

Aleksander-Arnold "Mançester Siti" ilə bağlı maraqlı etiraf da edib:

"Siti"ni məğlub etmək xoş idi. Onlar keçmişdə məndən və "Liverpul"dan bir neçə medal almışdılar. Onlara qarşı oynamaq hər zaman çətindir, ona görə də nümayiş etdirdiyimiz oyuna görə fəxr edirik".

Qeyd edək ki, "Real" bu qələbə ilə ardıcıl üçüncü mövsüm "Mançester Siti"ni turnirdən kənarlaşdırıb. Aleksander-Arnoldun rəhbərlik etdiyi müdafiə xətti Erlinq Haalandı hər iki matçda zərərsizləşdirməyi bacarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.