Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə" layihəsi çərçivəsində özbək tikmə sənətinin zəngin ənənələrinə həsr olunmuş təqdimat keçirilib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Binafşa Nodir "Ənənənin topoqrafiyası: özbək tikməsinin lokal identikliyi - tarix, məktəblər, naxışlar və mənalar" mövzusunda çıxış edərək bu qədim sənət növünün tarixi inkişafı, regional xüsusiyyətləri və ornamentlərin simvolik məzmunu haqqında məlumat verib.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, qonaqlar özbək tikmə sənətinin zəngin bədii irsi və onun formalaşmasında regional ənənələrin rolu barədə ətraflı məlumat əldə ediblər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az





