"Barselona"nın hücumçusu Robert Levandovski Kataloniya klubunda qalmaq niyyətindədir.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə "Mundo Deportivo"ya istinadən məlumat verir.
Oyunçunun "blauqrana" ilə hazırkı müqaviləsi 2026-cı ilin iyununda başa çatır.
Mənbənin məlumatına görə, hücumçunun prioriteti Kataloniya klubunda qalmaqdır. O, müqaviləsini uzatmaq üçün maaşının azaldılmasını və heyətdə daha az əhəmiyyətli rol oynamağı qəbul etməyə hazırdır. Tərəflərin hələlik danışıqlar aparmadığı bildirilir.
37 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 35 oyunda iştirak edib, 14 qol vurub və üç məhsuldar ötürmə edib. Polyak futbolçu 2022-ci ildən "Barselona" ilə müqavilə bağlayıb. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 8 milyon avrodur.
Milli.Az





