Aeroport bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Beynəlxalq Aeroportu qarşıdan gələn Novruz bayramı günlərində gözlənilən sərnişin artımını nəzərə alaraq 2026-cı il martın 20-dən 30-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bayram günlərində artan səyahət tələbatını qarşılamaq məqsədilə hava limanının bütün xidmətləri fasiləsiz rejimdə çalışacaq. Uçuşların təhlükəsiz və operativ şəkildə həyata keçirilməsi üçün əməliyyat xidmətlərinin fəaliyyəti gücləndiriləcək, sərnişin axınının səmərəli idarə olunması məqsədilə əlavə təşkilati tədbirlər görüləcək.
Milli.Az xəbər verir ki, sərnişinlərin qeydiyyat prosesini rahat və vaxtında başa çatdırmaları üçün onlara uçuşdan ən azı 2-3 saat əvvəl hava limanına gəlmələri tövsiyə olunur. Həmçinin sərnişinlərə vaxt itkisinin qarşısını almaq üçün uçuşu həyata keçirən aviaşirkətin rəsmi internet səhifəsi və ya mobil tətbiqi vasitəsilə əvvəlcədən onlayn qeydiyyatdan keçmələri məsləhət görülür.
Şəhər mərkəzindən Heydər Əliyev Beynəlxalq Aeroportuna rahat çatmaq üçün "Airport Express" (H1 xətti) fəaliyyət göstərir. Marşrut 28 May metrostansiyası (Nəqliyyat Mübadilə Mərkəzi) və Koroğlu metrostansiyasından Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1 və Terminal 2 istiqamətində sutka ərzində fasiləsiz (24/7) xidmət göstərir.
Bundan əlavə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə terminal ərazisində xüsusi "drop-off / pick-up" zolaqları mövcuddur və burada 3 dəqiqəlik qısa dayanma mümkündür. Aeroportun parklanma zonasında isə ilk 15 dəqiqəlik dayanma ödənişsizdir.
Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinləri və qonaqları Novruz bayramı münasibətilə təbrik edir, hər kəsə xoş, təhlükəsiz və rahat səyahətlər arzulayır.
Aysel
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qazaxıstanda qadın tualetdə uşaq doğub onu öldürdü
-
"Dünya gözəli" qəfil öldü - (Foto)
-
“Dinamo”da qalmaqal: “Qarabağ”la oyundan imtina etdi...
-
Məşhur türk serialı final edir?
-
"Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi
-
İradə İbrahimova: “Məni tək qoyub getdin” - (Foto)
-
Ukraynada 16 yaşlı qız hamilə qaldı, anası cərimələndi
-
Afaq Bəşirqızı: "Onun üçün çox darıxıram, amma bildirmirəm..."
-
Tramp: İranı məhv etmək istəmirik
-
Əməkdar artistin dəbdəbəli mənzilindən görüntülər: Köməkçiləri var - (Video)
-
İlham Zəkiyev finala çıxdı
-
32 yaşlı Zuhal: “Sevgilim olduğuna görə məni hamının qarşısında şallaqladılar”
-
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq
-
Saturn Yerə Ay qədər yaxın olsaydı belə görünərdi - (Video)
-
Tiktok-da xəstəyə yığdığı yardımı özünə götürdü - Tutuldu - (Foto)
-
"Atletiko" dünya çempionunu heyətinə qatdı
-
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
-
Selena Qomez məhkəməyə verildi - Fırıldaqçılıqda ittiham olunur
-
Tərtər sakini yanaraq öldü
-
Bu ucuz 2-ci əl maşınları rahat 400-500 min kilometr sürəcəksiniz
-
Türkiyədə partlayış: Ölən və yaralananlar var
-
İspaniyada güclü zəlzələ oldu
-
Türkmənistanda toyda müğənniyə hərəkət onu əsəbləşdirdi - (Video)
-
Məşhur aktrisanın xərçəng bədəninə yayılıb - (Foto)





