Hadisə

Tərtər sakini yanaraq öldü

15 Avqust 2026 14:49
Baxış: 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tərtər rayonunda dəhşətli hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, avqustun 14-ü saat 14 radələrində 1971-ci il təvəllüdlü Qabil Şaban oğlu Rüstəmov yaşadığı Köçərli kəndindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Məlum olub ki, hadisədən əvvəl naqillər onun qoluna dolanıb və elektrik cərəyanının xəttə qoşulması nəticəsində yanaraq həyatını itirib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.