Hadisə

Yaşıllıqlara 47 540 manat ziyan dəyib

2 Oktyabr 2026 17:50
Baxış: 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Salyan və Saatlıda qanunsuz ağac kəsiminə görə yaşıllıqlara 47 540 manat ziyan dəyib

Bu barədə Milli.Az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı Salyan rayonunun Sarvan kəndi və Saatlı rayonunun Sarıcalar kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 47 540 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.