Cəmiyyət

Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb

2 Oktyabr 2026 16:30
Baxış: 230
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər.

Milli.Az xəbər verir ki, Baku TV-nin sorğusunda paytaxt sakinlərindən biri açıq şəbəkələrdən istifadə zamanı diqqətli olduğunu bildirib. Digər sakin isə təhlükəni bildiyi halda bəzən belə "Wi-Fi"lara qoşulduğunu deyib.

Mütəxəssislər ictimai şəbəkələrdə bank əməliyyatları və onlayn ödənişlər etməməyi, həmçinin məxfi məlumatları daxil etməkdən çəkinməyi tövsiyə edirlər.

Vəkil Emil Aslanov bildirib ki, dələduzluq hallarına hüquqi qiymət zərərin məbləğindən və hadisənin hallarından asılı olaraq verilir. Onun sözlərinə görə, 500 manatadək zərər xırda talama hesab oluna bilər və 160-240 saat ictimai iş və ya bəzi hallarda üç ayadək inzibati həbs tətbiq edilə bilər.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.