Cəmiyyət

7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb

2 Oktyabr 2026 17:29
Baxış: 273
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi onlayn formatda davam edir. Belə ki, test imtahanı mərhələsində uğur qazanmış 17 minə yaxın təhsilverən müsahibə mərhələsinə dəvət edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, cari tarixə qədər 7 minə yaxın təhsilverənin müsahibəsi yekunlaşıb. Müsahibə nəticələri ilə bağlı məlumatlar isə mütəmadi qaydada təhsilverənlərin şəxsi kabinetlərinə göndərilir.

Qeyd olunub ki, təhsilverənlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinə 17 sentyabr tarixində başlanılıb və prosesin 20 oktyabr tarixinədək davam etdirilməsi nəzərdə tutulur.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.