Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oktyabrın 2-də Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Kommunikasiya üzrə İşçi Qrupunun Qarabağ Universitetində tələbələr və işğaldan azad edilmiş ərazilərdə yaşayan inflüenserlərlə görüşü keçirilib.
Milli.Az xəbər verir ki, görüş zamanı iştirakçılara İşçi Qrupun fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində ərazilərimiz işğaldan azad edildikdən sonra İşçi Qrupun əsas fəaliyyət istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər barədə yerli və xarici ictimaiyyətin davamlı məlumatlandırılması və maarifləndirilməsinin təmin edilməsi olub.
Qeyd edilib ki, bərpa-quruculuq və minatəmizləmə fəaliyyəti, regionda iqtisadi canlanma, əhalinin məşğulluğu və dayanıqlı məskunlaşması, təhsil imkanları, eləcə də ərazilərdə formalaşan gündəlik həyat barədə geniş kommunikasiya fəaliyyəti həyata keçirilir.
Görüşdə tələbə və inflüenserlərin işğaldan azad edilmiş ərazilərlə bağlı sosial media platformalarındakı fəaliyyəti təqdir edilib. Vurğulanıb ki, bu ərazilərə həyatın qayıtmasını, insanların uğur hekayələrini, gündəlik həyatını, yaradılan yeni imkanları və dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı quruculuq işlərini əks etdirən yaradıcı kontentlər ictimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılanır.
Tələbə və inflüenserlərin öz müşahidə və təəssüratlarına əsaslanan belə məzmunlar görülən işlərin ictimaiyyətə daha təbii və səmimi formada çatdırılmasına töhfə verməklə yanaşı, uzun illər doğma torpaqlarına həsrət qalmış insanlarda müsbət emosiyalar yaradır və ərazilərdə formalaşan yeni həyatın daha geniş auditoriyaya çatdırılmasına imkan verir. Bu baxımdan, həmin istiqamətdə fəaliyyətin genişləndirilməsinin və yeni, yaradıcı kontentlərin hazırlanmasının əhəmiyyəti qeyd edilib.
Görüş zamanı tələbə və inflüenserlər tərəfindən bir sıra yeni təşəbbüs və təkliflər səsləndirilib, onların reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
XƏBƏR LENTİ
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb





