Ölkə

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)

2 Oktyabr 2026 19:43
Baxış: 237
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Xankəndi şəhərinə gəliblər.

Milli.Az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Xankəndidə yerləşən Qarabağ Universitetini ziyarət edib. Qonaqlara universitetin fəaliyyəti, burada yaradılan müasir təhsil infrastrukturu və tələbələr üçün formalaşdırılan imkanlar barədə məlumat verilib.

Qarabağ Universitetində keçirilən görüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov da iştirak edib. O, Xankəndidə aparılan tikinti-quruculuq işləri, məcburi köçkünlərin öz doğma yurdlarında yenidən məskunlaşması barədə məlumat verib.

Nümayəndə heyəti Zəfər Parkına və Zəfər meydanına baş çəkib. Qonaqlar parkın ərazisi ilə tanış olub, burada Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfəri əks etdirən məkanlar və layihələr barədə məlumatlandırılıblar.

Qonaqlar Xankəndidən Ağdam rayonunun Sarıcalı kəndinə baş çəkmək üçün yola düşüb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.