Şou-biznes

"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva

2 Oktyabr 2026 18:54
Baxış: 349
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xalq artisti Miri Yusifin bloger xanımı Nərgiz Mirbabayeva botoksla bağlı etiraf edib.

Milli.Az xəbər verir ki, bloger prosedurdan sonra ciddi problemlər yaşadığını bildirib. Nərgiz qeyd edib ki, botoksu illərdir müraciət etdiyi həkimə etdirib:

"İyunda botoks etdirdim. Uğursuz prosedur deyə bilmərəm, çünki illərdir getdiyim həkim etmişdi. Amma məndə reaksiya yarandı. Göz qapaqlarım düşdü, danışa və udquna bilmirdim. Bir ay uşaq yeməyi ilə qidalandım. Hətta qollarımı tərpədə, başımı yataqdan qaldıra bilmirdim. Çox əziyyət çəkdim.

Botoks etdirməyi bir il müddətinə özümə qadağa qoydum. Düşünürəm ki, belə də gözələm".

Qeyd edək ki, cütlüyün 3 övladı var. 

Xatırladaq ki, bir çox tanınmış yayda etdirdiyi botokslardan sonra problemlərlə qarşılaşdığını açıqlamışdı.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.