Ölkə

Sabah Suraxanıda işıq olmayacaq

2 Oktyabr 2026 21:20
Baxış: 244
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 3-də Suraxanı rayonunda 6 kV-luq hava xəttində təmir işləri həyata keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar Hövsan qəsəbəsi Kondisioner bağları yaşayış massivində saat 09:00-dan 13:00-dək enerjinin verilişində məhdudiyyət tətbiq olunacaq.

"Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar", - deyə məlumatda qeyd edilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.