Selena Qomez məhkəməyə verildi - Fırıldaqçılıqda ittiham olunur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Amerikalı müğənni və aktrisa Selena Qomez, anası Mendi Tifi və iş qadını Daniella Pierson ilə birlikdə qurduğu ruhi sağlamlıq platforması "Wondermind Global" ilə bağlı məhkəmə iddiası ilə üzləşib.
Milli.Az xəbər verir ki, Delaver ştatında federal məhkəməyə müraciət edən beş investor Qomez və digər təsisçilərin şirkətin maliyyə vəziyyəti, inkişaf perspektivləri və planları barədə onları yanlış məlumatlandırdığını iddia edib. İnvestorlar 2022-ci ildə şirkətə ümumilikdə təxminən 1,2 milyon dollar yatırdıqlarını bildiriblər.
İddiaya görə, investorlara şirkətin korporativ tərəfdaşlıqlar quracağı, məşhurların iştirakı ilə layihələr hazırlayacağı və mobil tətbiq yaradacağı bildirilib. Lakin investorlar bu vədlərin böyük hissəsinin həyata keçirilmədiyini, şirkətin isə maliyyə və idarəetmə problemləri yaşadığını sonradan öyrəndiklərini söyləyiblər.
Sənədlərdə Qomezin şirkətin marketinq rəhbəri vəzifəsində öhdəliklərini tam yerinə yetirmədiyi, onun şirkətin inkişafında fəal iştirak edəcəyinə dair vədlərin də reallaşmadığı iddia olunur. Investorlar yatırdıqları vəsaitin geri qaytarılmasını, dəymiş zərərin və hüquqi xərclərin ödənilməsini tələb edirlər.
Qeyd edək ki, bunlar investorların məhkəmədə irəli sürdüyü iddialardır və hazırda məhkəmə tərəfindən sübuta yetirilməyib. Selena Qomez və digər tərəflərin iddialara münasibəti hələlik açıqlanmayıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib





