Dünya

İranın “Laricani qisası”: Təl-Əvivə zərbələr endirildi VİDEO

18 Mart 2026 10:27
Baxış: 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmisi Əli Laricaninin öldürülməsinə cavab olaraq Tel-Əvivə raket hücumu həyata keçirib.

Milli.Az xəbər verir ki, Beynəlxalq mənbələrin məlumatına görə, kaset tipli döyüş başlıqları ilə təchiz olunan raketlər şəhər və ətraf ərazilərdə partlayışlara səbəb olub.

Hücum nəticəsində bir neçə binaya ziyan dəyib və azı 2 nəfərin öldüyü bildirilir.

İsrail tərəfi İranın son hücumlarda bu tip silahlardan istifadə etdiyini açıqlayıb və bunun mülki ərazilər üçün ciddi təhlükə yaratdığını vurğulayıb. Tehran isə yüksək vəzifəli şəxslərə qarşı hücumların davam edəcəyi halda zərbələrin daha da genişlənəcəyini bildirib.

Regionda gərginlik sürətlə artmaqda davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.