Bu şəxslər ömürlük pensiya ALACAQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası əlillik dövründə pensiya yaşına çatmış şəxsə əlilliliyə görə əmək pensiyasının müddətsiz təyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Milli.Az xəbər verir ki, işin hallarına görə, iddiaçı 2017-ci ildən dövlət qulluqçusu kimi II qrup əlilliyə görə əmək pensiyası alıb və bu pensiya əlillik dövrü üçün təyin olunaraq 2022-ci ilin iyul ayınadək ödənilib. Həmin tarixdən ödəniş dayandırılıb. İddiaçı pensiya yaşına çatdığını əsas gətirərək əlilliyə görə təyin edilmiş əmək pensiyasının müddətsiz hesab olunmasını və dayandırılmış ödənişlərin bərpasını tələb edib. Cavabdeh inzibati orqan isə onun sığorta stajının 25 ildən, dövlət qulluğu stajının isə 15 ildən az olduğunu bildirərək müraciəti təmin etməyib.
Bundan sonra məhkəməyə müraciət edən şəxsin şikayəti birinci instansiya məhkəməsi tərəfindən rədd edilsə də, apellyasiya instansiyası bu qərarı ləğv edərək iddianı təmin edib və pensiyanın müddətsiz hesab olunmalı olduğu qənaətinə gəlib. Cavabdeh həmin qərardan kassasiya şikayəti verib.
Ali Məhkəmə kassasiya şikayətini təmin etməyərək apellyasiya instansiyasının qərarını qüvvədə saxlayıb. Qərarda bildirilib ki, şəxs əlillik dövründə pensiya yaşına çatdığı halda və həmin anda əlillik statusu qüvvədə olduqda, əlilliyə görə əmək pensiyası ömürlük (müddətsiz) təyin edilməlidir və bunun üçün əlavə müraciət tələb olunmur.
Məhkəmə kollegiyası qərarında "Əmək pensiyaları haqqında" Qanunun 32.2-ci maddəsini geniş təhlil edərək bildirib ki, həmin normada pensiya yaşına çatmış əlillərə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi imperativ qaydada nəzərdə tutulub və bu zaman əlilliyin yenidən qiymətləndirilməsi və ya şəxsin əlavə müraciəti şərt kimi müəyyən edilməyib. Qanunun mətnindən göründüyü kimi, tələb olunan əsas şərt şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması və həmin anda əlillik statusunun mövcud olmasıdır.
Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, şəxsə əvvəllər əlilliyə görə pensiya müəyyən müddət üçün təyin olunmuş olsa belə, həmin müddət ərzində pensiya yaşına çatdığı halda onun pensiyasının ömürlük təyin edilməsi hüququ yaranır. Bu hüququn reallaşdırılması əlavə formal prosedurlarla məhdudlaşdırıla bilməz.
Qərarda vurğulanıb ki, pensiya hüquqlarının təmin edilməsi inzibati orqanın xidməti vəzifəsidir. "İnzibati icraat haqqında" Qanunun prinsiplərinə əsasən, inzibati orqan yalnız şəxsin əleyhinə olan halları deyil, onun xeyrinə olan halları da araşdırmalı, hüquq və vəzifələrini izah etməli və qanunun tətbiqini öz təşəbbüsü ilə təmin etməlidir. Qanunda birbaşa nəzərdə tutulmayan formal tələblər şəxsin sosial təminat hüququnun həyata keçirilməsindən imtina üçün əsas ola bilməz.
Məhkəmə bu baxımdan əlavə müraciət tələbini qanunun məzmununa uyğun hesab etməyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Müşfiqin Atatürkə yazdığı şeir tapıldı - FOTO
-
Fatma Mahmudovanın qızı nişanlandı - YENİLƏNİB - FOTO
-
İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb - VİDEO
-
271 nömrəli məktəbin şagirdi bıçaqla FOTOsunu paylaşdı
-
Ukrayna qadınlarına sevindirici xəbər: Qadağa ləğv edilir
-
“Heç vaxt bu qədər uduzmamışdım, içim yanır”
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb - VİDEO
-
"Müalicə effekt vermir" - Tanınmış aktyorun ağır günləri - FOTO
-
Psixoloqlara görə nankor insanlar bu 4 cümləni tez-tez işlədir
-
Azərbaycanda pensiyalarla bağlı yenilik
-
"Qalatasaray" ilk transferini etməyə hazırlaşır
-
Təmizlik xərclərindən qurtulmaq istəyən unitaza 1 şüşə töksün
-
Kadir İnanırın vəziyyəti ağırdır
-
FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş
-
Hande "Kann"a Azərbaycan brendi ilə qatıldı - FOTO
-
Hava limanı WUF13 dövründə gücləndirilmiş rejimdə işləyəcək
-
ÜST hantavirusun daha çox yayılması ilə bağlı xəbərdarlıq edib
-
Bu şəxslər də 1 il hərbi xidmət keçə bilər
-
"Şəfa" çempion oldu, Premyer Liqaya yüksəldi
-
Xalq artisti Şuşaya gedə bilmədi: “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam” - FOTO
-
“Xarıbülbül” festivalı Səkinə İsmayılova və tələbələrinin konserti ilə başa çatıb - VİDEO - FOTO
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək





