Cəmiyyət

Şəkərbura və paxlava BAHALAŞDI - QİYMƏTLƏR

18 Mart 2026 10:47
Baxış: 947
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hər il Novruz bayramı ərəfəsində müştərilərlə dolu olan şirniyyat mağazalarında bu il durğunluq yaşanır. İnsanların bəzisi şirniyyatları evdə bişirməyə üstünlük versə də, əksəriyyəti almağı daha sərfəli hesab edir. 

Bəs bu il qiymətlər necədir?

Milli.Az xəbər verir ki, satıcılar isə bu il qiymətlərin bir az yüksəldiyini təsdiqləyiblər:

"Şəkərbura 1.80-2 manat, paxlava isə 2- 2.70 manatdır. Qiymətlər şirniyyatların ölçüsündən və tərkibindən asılı olaraq dəyişir. Həmçinin, kərə yağında bişən şəkərburanın qiymətində fərq özünü göstərir. Keçən il fındıq 16 manat idisə, bu il 28-30 manata alırıq. Bahalaşmanın digər səbəbi də məhz çərəzlərin qiymətinin artması ilə bağlıdır". 

Qeyd edək ki, şəkərbura ədədlə satılsa da, paxlava adətən kilo ilə satılır. Paxlavanın bir kilosu isə 20 manatdan başlayır. Bir kiloda isə 12 ədəd paxlava olur. 

Aysel
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.