Ramazandan sonra düzgün qidalanma - Ən vacib 5 qayda
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bir aylıq Ramazan dövründən sonra orqanizm qarışıq qida rejiminə yox, normal ritm və balanslı rejimə daha yaxşı cavab verir. Səhərdən axşama qədər ac qalmağa öyrəşmiş həzm sistemi üçün ən məntiqli yanaşma ilk gündən etibarən 3 böyük deyil, 3 əsas və 1-2 kiçik ara qəbul formasında qidalanmaqdır".
Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
Onun sözlərinə görə, səhər yeməyi mütləq bərpa edilməli, günün ilk yarısında zülal və lif üstünlük təşkil etməlidir (yumurta, qatıq, pendir, yulaf, tam taxıl çörəyi, tərəvəz və meyvə uyğun seçimlərdir):
"Bayram süfrəsində yağlı plov, qovurma, kabab, dolma və şirniyyatın eyni oturuşda çox miqdarda qəbulu mədə boşalmasını ləngidir və xüsusən reflüks, dispepsiya, öd daşı, pankreatitə meyli olan şəxslərdə narahatlıq yarada bilər. Buna görə, ilk növbədə az-az prinsipi "hamısından bir boşqab" prinsipindən xeyli təhlükəsizdir. Yeməyə şorba, salat, qatıq və ya yüngül zülal mənbəyi ilə başlamaq, sonradan şirniyyat və xəmir yeməklərinin miqdarını təbii olaraq azalda bilər. Digər vacib məqam mayedir. Ramazandan sonra birdən-birə çox çay, qazlı içki və şirin şərbət içmək susuzluğu daha da artıra bilər. Gün ərzində su qəbulu mərhələli artırılmalı, çox şəkərli içkilər isə əsas maye mənbəyi kimi seçilməməlidir. Axşam saatlarında çox ağır yeməkdən sonra dərhal uzanmaq da reflüks və həzm pozğunluğunu artırır; yeməkdən sonra qısa gəzinti daha faydalıdır".
Ekspert bildirib ki, qastroezofageal reflüks xəstəliyi, xroniki qastrit, peptik xora, funksional dispepsiya, irritabl bağırsaq sindromu, öd kisəsi daşı, şəkərli diabet, piylənmə və qaraciyər yağlanması olan şəxslər üçün bayramda çox yemək çox vaxt simptomların alovlanması ilə nəticələnir:
"Bu qrupda porsiyanın kiçik saxlanması, şirniyyatın əsas yeməyin üzərinə deyil, ayrıca və az miqdarda qəbulu, həmçinin gecə yeməyinin yüngülləşdirilməsi daha məqsədəuyğundur. Qıcqırma, döşarxası yanma, köp, sağ qabırğaaltı ağrı və ya ürəkbulanma yaranırsa, bu artıq "bayram norması" deyil".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq
-
Xəzərin gələcəyi üçün mühüm addım: Azərbaycan təşəbbüslərdə ön sırada
-
Nigeriyalı ata, azərbaycanlı ana, özü isə bakılı balası - (Video)
-
Milli Qəhrəmanın atası vəfat etdi - (Foto)
-
Qoruqların turizm imkanları nümayiş etdirilib - (Foto)
-
Nəriman Həsənzadənin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər - (Foto)
XƏBƏR LENTİ
-
Şəkidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Masazırda avtomobil yanıb - Yenilənib (Foto)
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Atilla Taşdan ürəkdağlayan fəryad - (Video)
-
AZAL Moskvaya bir sıra reysləri müvəqqəti dayandırıb
-
Montella Türkiyə millisindən göndərildi
-
İstanbulda çökmüş bina ilə bağlı maraqlı fakt - (Foto)
-
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası yeni layihəyə start verir
-
“Ələkbər Rzaquliyev: qrafik irsə baxış” adlı mühazirə keçirilib - (Foto)
-
“Nursema”nın taleyindən özü də xəbərsiz imiş…
-
“Üç gün, üç fərqli heyət, bir möhtəşəm ‘Turandot’ – dünya opera ulduzları Bakıda!”
-
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib
-
Bakıda beynəlxalq tədbirlə əlaqədar nəqliyyatın hərəkəti üzrə təlim keçiriləcək
-
"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - Füzuli Hüseynov kövrəldi
-
İlham Mayılov vəfat etdi
-
Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama
-
Zelim Kotsoyevin erməni rəqibindən qeyri-etik davranış - (Video)
-
Ceyranbatanda yaşayış binasında baş vermiş yanğın söndürülüb - (Foto/Video)
-
Rafinya "Qalatasaray"la oyunda iştirak etməyəcək
-
Beynəlxalq səyyahlar Ağdərədəki Gəncəsər monastırında olublar - (Foto)
-
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
-
Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı
-
Atilla Taşın qızının yıxılaraq öldüyü binanın görüntüləri yayıldı – (Video)





