İran

İranın kəşfiyyat naziri də öldürüldü - RƏSMİ

18 Mart 2026 16:09
Baxış: 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin ötən gecə Tehrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində İranın kəşfiyyat naziri İsmayıl Xətib öldürülüb.

Milli.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Katzın Ofisi məlumat yayıb. 

"İrana endirilən zərbələrin intensivliyi artır. İranın kəşfiyyat naziri Xətib də gecə saatlarında məhv edilib", - o deyib. 

Nazir bu gün əhəmiyyətli sürprizlərin olacağını açıqlayıb: "Bu gün bütün cəbhələrdə əhəmiyyətli sürprizlər gözlənilir. Bu sürprizlər İrana və "Hizbullah"a qarşı apardığımız müharibəni daha da gücləndirəcək". 

Katz həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə birlikdə istənilən yüksəkvəzifəli İran rəsmisini zərərsizləşdirmək barədə əmr verdiklərini əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.